İcra başçısı: “Bütün idarə və təşkilatlardakı stendlər yenidən işlənməlidir”
Bütün idarə və təşkilatlardakı stendlərin vəziyyəti
yenidən nəzərdən keçirilməlidir. SİA-nın xəbərinə görə, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
bildirib ki, bu stendlərdə rayona və ya müvafiq qurumun shaəsinə aid olan şəkillər
və ya yazılar öz əksini tapmalıdır. Onun sözlərinə görə, bununla bağlı
Prezident Administrasiyası tərəfindən də müvafiq tapşırıqlar verilib: "Məsələn,
məktəbdə olan stendlərdə ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin məktəblərdə
keçirdiyi görüşlərdən olan şəkillər, onların təhsillə bağlı səsləndirdiyi
fikirlər əks olunmalıdır. Bəzi hallarda məktəblərdə prezidentin xarici səfərlər
və ya xarici qonaqların qəbulu zamanı çəkdirdiyi şəkillər olur ki, bu da
narazılıqla qarşılanır. Bütün stendlər nəzarətdədir və müəyyən müddətdən sonra idarə
və təşkilatlarda araşdırmalar aparılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB