Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayonun struktur rəhbərlərini sərt tənqid edərək tapşırıqlarını verib. SİA-nın xəbərinə görə, icra başçısı bildirib ki, insanların ən çox şikayət etdiyi telefonlara cavab verilməməsi məsələsi qurumu çox narahat edir. Onun sözlərinə görə, müvafiq icra strukturlarının rəhbərləri tərəfindən heç bir vətəndaşın narazı qalmasına imkan verilməməlidir.
"Telefona cavab verilməməsi, telefonlaırn məşğul olunması, eyni zamanda telefonlara cavab verilərkən müəyyən kobudluğa yol verilməsi faktları çox ciddi şəkildə aradan qaldırılmalıdır. Bir daha müvafiq icra başçılarına tapşırıram ki, bunlar tez bir zamanda həll olunsun. Bu gün birinci növbədə biz işləyirik. Əgər əhali bizdən narazıdırsa, işimiz o zaman sıfır dərəcəsində olacaq. Buna görə telefonlara cavab verməliyik. Tələb edirəm ki, bu gün hər kəs öz işini elə qursun ki, vətəndaşlar sabah narazı qalmasın. Bu yolverilməzdir və qətiyyətlə pislənilən haldır. Bununla bağlı işlərdə ciddi dəyişikliklər edilməlidir", - deyə A.Əsgərov sərt mövqeyini qeyd edib.
May ayında keçiriləcək gül bayramı ilə bağlı tapşırıqlarını verən icra başçısı qeyd edib ki, burada hər kəs işinə məsuliyyətli yanaşmalıdır. Onun sözlərinə görə, gül bayramı ilə əlaqədar keçirilən işlərə barmaqarası baxmaq olmaz: "Ya iştirak edin, ya da etməyin. Amma bütün işlərə məsuliyyətlə yanaşmaq lazımdır. Əyani vəsaitlər, güllərlə bəzədilən nümunələr gözəl formada hazırlanmalıdır ki, sonradan ondan istifadə oluna bilsin".
A.Əsgərov vətəndaşların müraciətlərinə baxılması, qaldırılan məsələlərin həll edilməsinin hər zaman rayon icra hakimiyyətinin diqqət mərkəzində olduğunu deyib.O bildirib ki, quruma daxil olan ərizə və müraciətlərin ümumi sayı 2010-cu ilin 1-ci rübünə nisbətdə azalaraq, 64,7 faiz təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB