Səbail rayon İcra Hakimiyyəti ilin birinci rübünün yekunlarına dair hesabat verdi-FOTOSESSİYA

Səbail rayon İcra Hakimiyyəti ilin birinci rübünün yekunlarına dair hesabat verdi-FOTOSESSİYA

Bu gün Səbail rayon İcra Hakimiyyətində 2012-ci ilin birinci rübünün yekunlarına həsr olunan iclas keçirilib. SİA-nın xəbərinə görə, iclasda çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov müvafiq dövr ərzində görülən işlər barədə hesabat məruzə ilə çıxış edib. O bildirib ki, hesabat dövründə ölkədəki inkişaf Səbail rayonunda da öz əksini tapıb. Onun sözlərinə görə, 2012-ci ilin ilk 3 ayı ərzində rayonda ev təsərrüfatında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin də işi nəzərə alınmaqla 6921,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % çox sənaye məhsulu istehsal edilib və ya xidmətlər göstərilib. Sənaye məhsulunun natura ifadəsində həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 % artıb.

"2012-ci ilin yanvar-mart aylarında nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 148.6 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 4.4 faiz azdır. Görülən iş və xidmətlərin 24.8.0 %-i dövlət müəssisələri tərəfindən, 75.2 %-i qeyri–dövlət müəssisələri tərəfindən yerinə yetirilib. 2012-ci ilin yanvar-mart aylarında rabitə müəssisələri tərəfindən görülən iş və ximətlərin dəyəri 211.6 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8.9 faiz, bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 658.7 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 40.6 faiz artıb. 3 ay ərzində istehlak bazarında əhaliyə 161.0 milyon manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 19.2 faiz çoxdur. Cari ilin əvvəlindən pərakəndə ticarət şəbəkəsində əhaliyə 76.1 milyon manatlıq və əvvəlki ilin eyni dövrünə nisbətən 34.3 faiz çox istehlak malları satılıb. Artımın 95.7 faizi özəl sektorun fəaliyyəti hesabına təmin edilib. 2012-ci ilin yanvar-fevral ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 98670 nəfər, orta aylıq əmək haqqının məbləği isə 846.8 manat olub ki, bu da keçən illə müqayisədə 4.4 % çoxdur. 2012-ci ilin I rübündə Səbail rayonu ərazisində 363 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir. Açılmış daimi iş yerlərindən 20-i yeni yaradılmış müəssisə və təşkilatda, 89-u mövcud müəssisə və təşkilatda, 254-ü fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdə açılıb. Səbail rayonunda 2012-ci ilin yanvar-mart aylarında 353 doğum və 174 ölüm halı qeydə alınıb. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı 15.8-dən 15.2-ə enib, ölənlərin sayı 6.2-dən 7.4-ə qalxıb, təbii artım isə 9.7-dən 7.7-ə enib. Səbail rayonunda 2012-ci ilin yanvar-mart aylarında 137 nikah və 36 boşanma halları qeydə alınıb ki, keçən illə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 6.2–dən 5.9-a, boşanma halları isə 2.1-dən 1.5-ə enib".

İcra başsını əlavə edib ki, 2012-ci ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri uğurla davam etdirilib, həmin obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində ölkə başçısı şəxsən iştirak edib. Onun sözlərinə görə, hazırda rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir: "Bu gün rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Parlament prospektində "Alov qüllələri" kompleksinin, Neftçilər prospektində "Four Seasons" mehmanxanasının, Zərifə Əliyeva küçəsində "İş Adamları Mərkəzi"nin, Badamdar qəsəbəsində MTN-nin yeni Hospitalının və Oksford məktəbi üçün yeni tədris korpusunun, "Yeni Bayıl" və "Bayraq Meydanı" yarımstansiyalarının, İncəsənət Muzeyi üçün əlavə korpusun, "Azadlıq" Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qarajların tikintisi aparılır. Neftçilər prospektində və Bayraq Meydanına uzanan magistral yolda yeni yeraltı keçidlər inşa olunur. Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə "Cənub" mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisi işləri aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə