Vüsalə Hüseynli: \"Dünya gəncləri korrupsiyaya qarşı mübarizəni musiqi ilə aparacaq\"

Vüsalə Hüseynli: \"Dünya gəncləri korrupsiyaya qarşı mübarizəni musiqi ilə aparacaq\"

Dünya Bankının nəzdində fəaliyyət göstərən "Gənclərin Global Antikorrupsiya Şəbəkəsi" (GYAC) gənclərin korrupsiya ilə mübarizəsi çərçivəsində yeni bir təşəbbüslə çıxış edib. Şəbəkənin Cənubi Qafqaz üzrə eksperti və İdarə Heyətinin üzvü Vüsalə Hüseynovanın SİA-ya verdiyi məlumata əsasən, büronun son qərarına görə gənclərin bu təşəbbüsün dəstəklənməsində kütləviliyi təmin etmək və onlara dünyanın dili ilə müraciətlər etmək üçün bunu musiqinin dilinə çevirməklə bağlı qərar qəbul olunub: "Təbliğat çarxı olduqca maraqlı alınıb. Biz düşürük ki, əgər bu istiqamətdə dünyada neqativ hallar varsa bununla sivil qaydada, qanunlar çərçivəsi ilə yanaşı musiqi dili ilə də mübarizə aparmaq mümkündür. Bu da maarifləndirmənin bir yoludur. İnanıram ki, bu metod çox effektli rol oynayacaq. Təbii ki, son qərarı yenə də gənclər verəcək".


Bütün xəbərlər Facebook səhifəmizdə