“Azərbaycan Dəmir Yolları” qatar qəzası ilə bağlı rəsmi məlumat yayıb

“Azərbaycan Dəmir Yolları” qatar qəzası ilə bağlı rəsmi məlumat yayıb
Bu gecə saat 03-24-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinın (QSC) Yevlax stansiyasında Gürcüstandan gələn, tranzit olaraq Türkmənistana gedən yük qatarının Gürcüstan Respublikasına məxsus 4 refrijerator vaqonu relsdən çıxıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, hər iki istiqamətdə qatarların hərəkətində fasilələr yaranıb.

Hazırda müvafiq qurumların köməyi ilə hadisə yerində aparılan təmir-bərpa işləri nəticəsində vaqon qaldırılıb, Bakı-Tbilisi və Tbilisi-Bakı sərnişin qatarları təyinatı üzrə yola salınıb. Təmir-bərpa işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə