Millət vəkili Gürcüstanda keçiriləcək konfransda iştirak edəcək

Millət vəkili Gürcüstanda keçiriləcək konfransda iştirak edəcək

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentarilər üçün etik qaydalar Kodeksinə və standartlarına həsr olunmuş konfransda iştirak etmək üçün bugün Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirə Türkiyə, Böyük Britaniya, Fransa, Ukrayna, Polşa parlamentlərinin nümayəndələri də qatılacaqlar.

Konfransda parlament etikası, o cümlədən deputatların qarşılıqlı münasibəti, iclaslarda müzakirələrin aparılma və səsvermə qaydaları, reqlamentə riayət edilməsi, bu sahədə dünya təcrübəsinin öyrənilməsi və tətbiqi məsələləri müzakirə olunacaq. Millət vəkili qaldırılan məsələlərlə bağlı fikirlərini açıqlayacaq, Milli Məclisin iş prinsipləri barədə məlumat verəcək.

Səfər aprelin 20-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə