Bakı Şəhər Prokurorluğu azyaşlının avtomobillə vurulmasına dair açıqlama yayıb
Araşdırmalarla müəyyən edilib ki, A.Ağayev sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus "VAZ 2107" markalı 90-NC-348 dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən tarixdə saat 17 radələrində Sulutəpə qəsəbəsində saatda 30-40 km sürətlə hərəkət edərkən qəflətən azyaşlı S.Abbaszadənin onun yoluna çıxmasını görüb hadisənin qarşısını almaq məqsədilə əyləcə basaraq avtomobilin hərəkətini dayandırmasına baxmayaraq, sonuncu avtomobilin sağ qanadına dəyərək xəsarət alıb. Dərhal avtomobili saxlayan A.Ağayev piyadanın ciddi xəsarət almadığını görərək hadisə yerindən uzaqlaşıb. Məhkəmə-tibbi ekspertizası ilə S.Abbaszadənin hadisə nəticəsində aldığı alın nahiyəsinin hematoması və qançırı, üst dodağının səthi yarası kimi xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması müəyyən edilib. Beləliklə, aparılan araşdırma nəticəsində A.Ağayevin əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilib və toplanmış material inzibati qaydada tədbir görülməsi üçün Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB