“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi layihə təqdimatı keçirib - FOTOLAR

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi layihə təqdimatı keçirib - FOTOLAR

"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi bu gün "Səs" İnformasiya Agentliyində "Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək" adlı layihəsinin təqdimat mərasiminə həsr olunmuş mətbuat konfransı keçirib.


SİA-nın verdiyi məlumata görə, mətbuat konfransını giriş sözü ilə açan sədr Tahir Xudiyev layihənin həyata keçirilməsinin məqsədindən və gözlənilən nəticələrdən danışıb. Ombudsman Aparatının Baş məsləhətçisi Muqalib Mahmudov da əlil məhkumların problemlərinin həllinə yönəlmiş bu layihənin vacibliyindən danışıb və "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in məhkum əlillər və digər əlillərin problemləri ilə bağlı çox böyük, xeyirxah işlər gördüyünü söyləyib.


Mətbuat konfransında DSMF-nın əməkdaşı Tural Mirzəyev, "Müasir Cəmiyyət və qadın hüquqları" İB-in sədri Xanım Əhmədzadə, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Novxanı üzrə koordinatoru Lalə Abuzərova da çıxış edib, bu layihənin həyata keçirilməsini təqdirəlayiq hesab ediblər.


Mətbuat Konfransında AzTV, AzərTac və digər KİV nümayəndələri və QHT əməkdaşları iştirak ediblər. Tədbir səmimi fikir mübadiləsi ilə sona çadıb.


Onu da qeyd etmək istəyirik ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Layihənin həyata keçirilməsində əsas məqsəd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir. Layihə 2012-ci il aprel ayının 1-dən iyul ayının 1-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə