“Tarixi şəhərimizdə kərpic memarlığı” adlı konfrans keçirilib

“Tarixi şəhərimizdə kərpic memarlığı” adlı konfrans keçirilib

Bu gün Ağsu şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Ağsu rayon İcra Hakimiyyəti, "Miras" İctimai Birliyinin, Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və tarixi yerlər gününə həsr olunmuş "Tarixi şəhərimizdə kərpic memarlığı" adlı konfrans keçirilib.

SİA-nın xəbərinə görə, konfransın mövzusu tarixi abidələrin - Azərbaycanda yaşayan toplumların yaratdığı kərpic memarlığını dünyanın başqa yerlərdəki kərpic memarlığı ilə müqayisəli təhlili və hazırda kərpic memarlığının inkişafı istiqamətində görülən ictimai və iqtisadi fəliyyətlər, kərpic memarlığı abidələrinin konversiya və bərpasına aiddir.

Konfransda tarix elmlər doktoru Qafar Cəbiyev, AMEA müxbir üzvü Vəli Əliyev, Türkiyənin kərpic memarlığı üzrə mütəxəssislərindən biri, "Arxeologiya və sənət jurnalının" redaktoru, arxeoloq Nezih Başgələn iştirak edib.


Orxan Faiqov


Bütün xəbərlər Facebook səhifəmizdə