Londonda ənənəvi Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Sərgidə ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 18-dək davam edəcək beynəlxalq sərgidə Azərbaycan mədəniyyəti, tarixi o cümlədən, Ermənitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, habelə Azərbaycanın klassik və müasir ədəbiyyatı, folkloru, incəsənəti və kulinariyasına aid kitablar və nəşrlər nümayiş etdiriləcək.
Azərbaycana məxsus stenddə nümayiş etdirilən dünya ədəbiyyatı klassiklərinə aid əsərlər öz nəfis tərtibatı ilə iştirakçıların diqqətini cəlb etmişdir. Azərbaycan stendinə baş çəkən qonaqlara nümayəndə heyəti adından ölkəmizi təbliğ materialları və kitablar hədiyyə edilib. Sərginin açılışında həmçinin Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov iştirak edib. 41 ildir ki, Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində dünyanın hər yerindən nəşriyyat və kitabxanaçılıq işi ilə məşğul olan biznes qurumları iştirak edir. Hər il keçirilən sərgidə on minlərlə ziyarətçi iştirak edir. Üç gün davam edəcək sərgidə dünyanın müxtəlif ölkələrindən nəşriyyatçılar, kitabxana işi ilə məşğul olan mütəxəssislər, britaniyalı və xarici ölkələrdən gəlmiş kitab satışı ilə məşğul olan ekspertlər iştirak edirlər.
Azərbaycan hər il sərgiyə Mədəniyyət və Turizm nazirliyinin yüksək rəsmisinin rəhbərlik etdiyi böyük nümayəndə heyəti ilə qatılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB