“Allahın verdiyi ömrü onun istəyindən başqa heç kəs ala bilməz” - VİDEO
Turqut Özalın vəfatından 19 il ötür
Bu gün Türkiyənin 8-ci dövlət başçısı Turqut Özalın ölümündən 19 il ötür. 1927-ci il agır illər idi. I Dünya müharibəsinin bitməsindən doqquz, Milli Qurtuluş Savaşınin qələbə ilə sona çatmasından beş, ölkənin Respublika elan edilməsindən dörd il keçmişdi. Müharibənin acı nəticələri ilə üz-üzə qalan Malatyada 13 Oktyabr 1927-ci ildə Turqut dünyaya gəldi.
Uşaqlıqdan hərbi məktəbdə pilot olmagı arzulayan Turqutun xəyalları puç olur. Yaşadıgı ugursuzluq onun bütün həyatını dəyişir. Uzunqulaqdan yıxılan Turqutun qolu qırılır. Bir qolu şikəst qalan oğlan çox istədiyi halda hərbi məktəbə gedə bilmir. Əgər bu hadisə baş verməsəydi, bəlkə də o, hərbi məktəbdə təhsil alıb yaxşı pilot ola bilərdi. Lakin siyasət meydanına atilib baş nazir, dövlt başçısı seçilə, adını tarixə yazdıra bilməyəcəkdi.
İstanbula 1945-ci ildə gəlir. İstədiyinə baxmayaraq o günə qədər heç cür gələ bilmədiyi bu gözəl şəhər, onun son dayanacağına çevrilir. Siyasi məlumatlar fakültəsi, İstanbul Texniki Universiteti və Yüksək Müəllim Məktəbinə imtahan verib hər üçünə qəbul olur. Bunların arasından İstanbul Texniki Universitetinin Elektrik mühəndisliyi fakültəsini seçir.
Süleyman Dəmirəl, Nəcməddin Ərbakan, Məmməd Turqut və Şövkət Dəmirəl də Texniki Universitetdə təhsil alırlar. Dəmirəl və Ərbakan Ozaldan yuxarı kursda oxuyurlar.
Ötən əsrin 1940-cı illərində ölkənin insan haqq və azadlıqları cəhətdən çətin günlərində marşal Fevzi Çaxmağın dəfn azə mərasimi ən əhəmiyyətli hadisə idi. Fevzi Çaxmağın müsəlman qaydası ilə dəfn edilməsi və tabutun çiyində aparılmasında fəal rol oynamışdı.
Turqut Özal 1950-ci ildə universiteti bitirir. Həmin il Ankara Elektrik Işləri Etüd Idarəsində mühəndis kimi işləməyə başladı. Burada Süleyman Dəmirəl ilə birlikdə çalışırdılar və dostluq edirdilər. 1952-ci ildə Səmra xanımla evlənən Özalın bu izdivacdan 3 uşağı oldu.
1957-ci il seçkilərindən dərhal sonra Demokrat Partiya hökumətinin ağır iqtisadi planlama qrupu yaradılır. Süleyman Dəmirəllə birlikdə Özal da bu dövlət əhəmiyyətli işə cəlb edildi.
Bu arada Turqut Özal hərbi xidmətini yerinə yetirmək üçün 1959-cu ildə Ankara Ordu Məktəbində ehtiyat zabit oldu. Süleyman Dəmirəl "usta" əsgər Turqut Özalın yanına şagird gəldi. Özal ona həm komandirlik, həm də müəllimlik etdi. O, 1960-cı ildəki hərbi çevriliş əsnasında hərbi xidmətdə idi. Sonrakı iki ildə hərbi xidmətini Milli Müdafiə Nazirliyi Elmi Məsləhətləşmə Təşkilatının üzvü olaraq davam etdirdi. Həmin illərdə ODTÜ-də də riyaziyyatdan dərs deyirdi. Hərbi xidməti bitən kimi vəzifəsinə geri qayıdan Turqut Özal Dövlət Planlama Təşkilatının fəal əməkdaşlarından biri kimi seçilir. Ədalət Partiyası 1965-ci il seçkilərində qələbə qazanır və Süleyman Dəmirəlin başçılığı ilə yeni hökumət quruldu. Baş nazir olan Dəmirəlin yanında məsləhətçi kimi siyasət həyatında fəal iştirak edirdi.
Turqut Özal siyasətə atılmağı düşünürdü və bunun üçün maddi cəhətdən təminat məqsədi ilə bir neçə fabrikdə işləyirdi. 1977-ci ildə millət vəkiliyinə namizəd olsa da seçilə bilmədi. 1979-cu ilin noyabr ayında Süleyman Dəmirəlin başçılığı altinda qurulan azlıq hökuməti ilə təkrar dövlət məmurluğuna qayıdan Turqut Özala baş nazir məsləhətçisi vəzifəsi verildi. 1979-cu ildə ürək spazmı keçirdi. Parisə istirahətə gedən Özal Türkiyə üçün əhəmiyyətli iclasda iştirak edərək ölkənin borclarının təxirə salınmasına nail oldu.
12 sentyabr 1980-ci ildə Kənan Evrenin başçılığı altında hərbi çevriliş baş verdi. Çevrilişdən sonra yaranan Bülend Xalqı Hökumətində iqtisadi işlər üzrə məsulşəxs, baş nazirin köməkçisi vəzifəsinə Turqut Özal təyin edildi. Daxili və xarici şərtlər səbəbi ilə 12 sentyabr hökumətinə daxil olan Turqut Özal iqtisadiyyatda Süleyman Dəmirəl dövründəki qədər təsirli ola bilmədi. 14 1982-ci ildə istefa verərək Sidedə yeni partiya yaratdı. 20 may 1983-cü ildə Ana Vətən Partiyası yaradıldı. 6 noyabr 1983-cü il seçkilərində 45,5 səslə Turqut Özalın başçılıq etdiyi Ana Vətən Partiyasının seçkiləri qazanması sürpriz oldu. Özalın başçılıq etdiyi yeni hökumət 13 dekabr 1983-cü ildə təsdiqləndi. Bu dövrdə fiziki infrastrukturda, xarici ticarətdə və turizmdə çox böyük dəyişikliklər baş verirdi. Tətbiq olunan iqtisadi proqram bir çox sərt reaksiyalara da hədəf olurdu. Hökumət bu reaksiyalara qarşı yeni qərarlar qəbul edirdi.
1985-ci il 13 apreldə ANAP-ın konqresində Turqut Özal təkrar ümumi başçılığa seçildi. 1986-cı ilin yanvar ayında Yunanıstanla Türkiyə arasında neft axtarış sənədinə görə tərəflər arasında gərginlik yaşandı. Turqut Özal referendumla siyasi rəqiblərinə üstün gələcəyini düşünsə də alınmadı və az fərqlə səs itirən ANAP-ın enişi başladı.
1987-ci ilin yayında Turqut Özal Silahlı Qüvvətlərlə əhəmiyyətli bir gərginlik yaşadı. Bu hadisə qəzetlərdə "Vətəndaş Çevrilişi" başlığı ilə yer aldı.
1987-ci ildə Turqut Özal erkən seçki qərarı aldı və ümumi seçkilərdə 292 millət vəkili ilə Türkiyə Böyük Millət Məclisində çoxluğu təmin etdi. Ikinci Özal Hökumət 21 dekabr 1987-ci ildə açıqlandı. Bu, Türkiyə Cümhuriyyətinin 47-ci hökuməti oldu.
18 iyun 1988-ci ildə Ana Vətən Partiyası 2-ci konqresi əsnasında Özala sui-qəsdə cəhdi edildi və o, əlindən yaralandı. Terrorçu zərərsizləşdirildikdən sonra çıxışını davam etdirən Turqut Özəl bildirdi: "Allahın verdiyi ömrü onun istəyindən başqa heç kəs ala bilməz". Hücum edən şəxs bu işi yalnız etdiyini desə də , Özal sui-qəsd cəhdinin arxasında kimlərin olduğunu bildiyini eyham vurdu.
31 oktyabr 1989-cu ildə Kənan Evrəndən sonra "prezident" seçildi. O, Türkiyə Cümhuriyyətinin 8-ci prezidenti kimi 9 noyabr 1989-cu ildə da vəzifəsinin icrasına başladı. Partiyada isə başçılığa və baş nazirliyə İldırım Akbulud seçildi.
Partiyanın 1991-ci ildəki konqresindən sonra Turqut Özalın partiyadaxili nüfuzu azaldı. Yeni başçı Məsud Yılmaz 1992-ci ildəki partiya konqresində yerini daha da möhkəmləndirdi. ANAP-dan əli üzülən Özal yeni bir partiya quraraq siyasətə qayıtmağı planlaşdırırdı. Partiyanı yaratmaq üçün lazımi hazırlıqlar bitmişdi.
Türkiyənin bölgədə təsirli rol oynamasını istəyən Turqut Özal Balkan dövlətlərinə və Orta Asiyaya səfərlərindən qayıdanda xəstələndi və 17 aprel 1993-cü ildə vəfat etdi. İstanbulda Adnan Menderesin də dəfn edildiyi yerdə abidə məzarında torpağa tapşırıldı.
Jurnalist-yazıçı Məmməd Barlas yazılarının birində Özal haqqında belə deyir: "Prezidentlik dövründə də, baş nazir olduğu zaman da Özalı xalqın arasında görmək adi hal idi. 2-ci boğaz körpüsünün açılışındakı televiziya reklamında avtomobil idarə edərək xanımına " Semra, kaseti qoy qulaq asaq " dediyini hamı həmişə xatırlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB