Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 17-dən 18-ə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 10-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 21-26 dərəcə isti isti təşkil edəcək.
Hava şəraitinin qısa icmalı:
Aprelin 18-i gündüzdən yağışın kəsiləcəyi, 19-da axşamadək əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, aprelin 19-da gündüz arabir güclənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB