Amerika Kosmik Agentliyi "Dragon" şəxsi gəmisinə "Mir Kosmik Stansiyası"na (MKS) çıxmağa icazə verib. NASA-nın saytına istinadən verilən xəbərə görə, kosmik gəmi aprelin 30-da start götürəcək. Onun MKS ilə nə vaxt birləşəcəyi barədə isə hələlik məlumat verilmir.
Qeyd edək ki, "Falcon 9" raketi vasitəsilə gəminin əvvəlcə 2011-ci ilin noyabrında start götürəcəyi bildirildi. Amma təhlükəsizlik qaydalarına əməl olunmadığını əsas gətirən "Roskosmos"un buna etirazından sonra uçuş təxirə salınmışdı.
Bütün etirazlara baxmayaraq NASA "Dragon"un uçuşuna növbəti dəfə icazə versə də, fevralın 7-ə təyin olunan start da təxirə salınmışdı. Bu dəfə "SpaceX" şirkəti avadanlıqların bir daha yoxlanımlasını əsəs gətirərək uçuşun yazadək təxirə salınmasını xahiş etmişdi.
Qeyd edək ki, "Dragon"un ilk uçuşu 2010-cu ililn dekabrın 8-də baş tutub. O vaxtı aparat orbitə "Falcon 9" raketi vasitəsilə çıxarılmışdı və Yer ətrafında iki dəfə dövrə vurduqdan sonra Sakit okeanına düşmüşdü.
Bu proqram başa çatdıqdan sonra NASA özəl kosmik nəqliyyatın ideyasının gerçəkləşəcəyinə ümid edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB