Nar Mobile “Iteca Caspian” şirkətinin kommunikasiya tərəfdaşıdır

Nar Mobile “Iteca Caspian” şirkətinin kommunikasiya tərəfdaşıdır

Azərbaycanda 3G texnologiyasını təqdim edən ilk mobil operatoru olan Nar Mobile Xəzər regionunda mühüm sərgi və konfransların təşkilatçısı olan "Iteca Caspian" şirkətinin Kommunikasiya Tərəfdaşıdır. "Iteca Caspian" şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən beynəlxalq sərgi və konfranslar regionun infrastrukturunda inkişaf istiqamətləri və Azərbaycanın iqtisadiyyatının fərqli sahələr üzrə inkişaf tendensiyalarının göstəricisidir. SİA-nın qurumdan aldığı məlumata görə, Nar Mobile öz növbəsində, tərəfdaşlıq razılaşmasına uyğun olaraq iki ildən artıqdır ki, "Iteca Caspian" tərəfindən təşkil olunan bütün sərgi və konfranslarda kommunikasiya dəstəyini göstərir.


"Təsadüfi deyil ki, Xəzər regionun ən böyük sərgiləri ölkəmizdə keçirilir, iri şirkətlər isə öz məhsullarını nümayiş etdirmək üçün məhz Azərbaycanı seçirlər. "Iteca Caspian" şirkəti sərgi və konfransların yüksək səviyyədə keçirilməsi üçün ölkəmizin ən böyük və məşhur şirkətləri ilə tərəfdaşlıq edir, iş birliyi yaradır. Belə şirkətlərdən biri Nar Mobile mobil operatorudur. Artıq uzun müddətdir ki, şirkətimiz Nar Mobile ilə tərəfdaş şirkətdir və bu illər ərzində əməkdaşlıq bizim üçün çox faydalı olub. Mən çox şadam ki, bizim Nar Mobile kimi tərəfdaş və sözün əsl mənasında dostumuz var", – deyə "Iteca Caspian" şirkətinin İcraçı direktoru Fərid Məmmədov bildirib.


"Iteca Caspian" şirkətinin Nar Mobile tərəfdaşları sırasında özünə məxsus yeri var. Son illər Nar Mobile və "Iteca Caspian" şirkətləri Azərbaycanın İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və mobil rabitə sahəsində bir çox yeni nailiyyətlər gətiriblər. Nar Mobile hər il öz innovativlik siyasətinə sadiq qalaraq adı çəkilən sahələrə yeniliklər gətirir. Bu il nümayiş etdirdiyimiz layihələr – MDB məkanında ilk dəfə olaraq təyyarələrdə tam mobil xidmətlərinin göstərilməsi bununaçıq nümunəsidir. "Iteca Caspian" – da öz sərgi və konfransları ilə İKT və mobil rabitə sahələrinə öz töhfələrini verir. Bundan başqa hər iki şirkət neft-qaz, qida və digər sahələrdə də İKT və mobil rabitə texnologiyalarından istifadəsinin inkişafı üçün öz səylərini əsirgəmirlər", - deyə Azerfon şirkətinin Biznesin İnkişafı və Kommunikasiyalar üzrə İcraçı direktoru Leyla Nəsrullayeva bildirmişdi.


Qeyd edək ki, "Iteca Caspian" Xəzər regionunda mühüm sərgi və konfransların təşkilatçısı olan ən nüfuzlu qurumdur. "Iteca Caspian" şirkəti tərəfindən təşkil olunan sərgilər Neft və Qaz, Tikinti, Telekommunikasiya və İnformasiya Texnologiyaları, Mühafizə və Təhlükəsizlik, Qida sənayesi, Kənd Təsərrüfatı, Nəqliyyat, Avtomobillər, Səhiyyə, Gözəllik və Sağlamlıq, Səyahət və Turizm, Otel Sənayesi, Təhsil və Karyera, Mebel və İnteryer kimi mövzuları əhatə edir.


Nar Mobile brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə