Avropa Şurası uşaq zorakılığını cəmiyyət üçün çox böyük problem hesab edir. SİA-nın xəbərinə görə, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos bildirib ki, Avropa Şurası da bu sahədə ilk addımlarını atacaq.
"Azərbyacanda bu məsələ hər zaman diqqət mərkəzində saxlanılır və müxtəlif layihələr həyata keçirilir. Bu vaxta kimi müəyyən məsələ ilə bağlı xüsusi bir proqramımız yoxdur. Amma inanırıq ki, bundan sonra Azərbaycanla birgə mövcud vəziyyətin araşdırılması və problemlərin həll edilməsi ilə bağlı proqram hazırlanacaq və icra olunacaq. Biz də çalışacağıq ki, proqrama qatılaq və bütün bu ictimaiyyəti bu barədə xəbərdar edək. Çünki bu ictimaiyyət üçün çox böyük problemdir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB