Ümumdünya Hemofiliya günü ilə əlaqədar "İRƏLİ" Tibb Mərkəzi və Qan Donorları Assosiasiyası ilə birgə "İRƏLİ" Gənclik Mərkəzində "Sağlam Həyat" layihəsi çərçivəsində "yaşamağım üçün qan verərsən?" adı altında könüllü qanvermə aksiyası həyata keçirilib.
Qurumdan SİA-ya verilən məlumata görə, aksiya 3 saat müddətində davam edib. Bu müddət ərzində könüllü olaraq 45 nəfər gənc aksiyaya qoşulub və qan verməzdən öncə həkim müayinəsindən keçiblər. Aksiyada könüllülər sırasında "İRƏLİ" üzvləri ilə yanaşı, digər gənclər də iştirak edərək qan veriblər.
Aksiyanın keçirilməsində əsas məqsəd hemofiliya xəstəliyindən əziyyət çəkən insanlara dəstək olmaq, cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir. Toplanan qanlar uşaqların müalicəsində təmənnasız istifadə olunacaq.
Xatırladaq ki, hemofiliya günü ilə bağlı dünyanın bir çox ölkəsində müxtəlif proqramlar və aksiyalar həyata keçirilir. Hemofiliya - qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Bu xəstəlikdən əziyyət çəkən şəxslərin daim qana ehtiyacı olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB