FAO-nun baş direktorunun müavini: “Avropada ərzaq təhlükəsizliyi elə də ciddi məsələ deyil”

FAO-nun baş direktorunun müavini: “Avropada ərzaq təhlükəsizliyi elə də ciddi məsələ deyil”

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci Regional Konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci Sessiyası Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunub. SİA-nın xəbərinə görə, FAO-nun baş direktorunun müavini Fernanda Guerriert bildirib ki, tədbirlə bağlı bütün təşkilatı işlər yüksək səviyyədədir.

"FAO olaraq dünyada aclığın azaldılması, bütün insanların ərzaqla təmin olunması sahəsində ciddi işlər görülür. Bu sahədə qadınlara da kişilərlə bərabər şərait yaradılsa, onların istehsal vasitələrinə, gübrə, toxum və digər vasitələrə çıxış imkanları artsa, onlar da eyni səviyyədə yoxsuluğun azaldılması, aclığın kökünün kəsilməsində çox böyük rol oynaya bilərlər. Avropa regionunda ərzaq təhlükəsizliyi elə də ciddi məsələ deyil. Avropa ərzaqla tam təmin olunur. Avropa ölkələrində əhali artımı yoxdur. Lakin stabil əhali səviyyəsinə baxmayaraq çalışırıq ki, təkcə Avropa yox, digər ölkələrdə də ərzaq təhlükəsizliyi təmin olunsun".

Bütün xəbərlər Facebook səhifəmizdə