Mingəçevirdə hüquq mərkəzi açılıb

Mingəçevirdə hüquq mərkəzi açılıb

Mingəçevir şəhərində ATƏT-in Bakı ofisinin dəstəyi ilə kiçik və orta sahibkarlar üçün hüquq mərkəzi açılıb. ATƏT-in Bakı ofisindən SİA-ya verilən məlumata görə, mərkəz dayanıqlı iqtisadi inkişafa və regionda kiçik və orta sahibkarlıq üçün biznes mühitinin genişləndirilməsinə dəstək verəcək.ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib ki, kiçik və orta sahibkarlıq iqtisadiyyatı diversifikasiya etmək və regionlarda qeyri-neft sektorunun gəlirlərini artırmaq baxımından Azərbaycan üçün çox əhəmiyyətlidir.

O, həmçinin hüquq mərkəzinin qadınları iqtisadi sahədə fəaliyyətə cəlb etmək məqsədini də vurğulayıb. \"Qadınların iqtisadi inkişafda iştirak etməsi ölkələrin istehsal və xidmət sektorlarında gəlirlərinin artmasına mühüm töhfə verir\", - Tarqay qeyd edib.

Tarqay, həmçinin Mingəçevirə səfəri zamanı \"İqtisadiyyatın inkişafında kiçik və orta sahibkarlığın rolu\" mövzusunda keçirilən \"dəyirmi masa\"da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə