Nazir müavini: \"Kənd təsərrüfatında gender bərabərliyi müzakirə olunacaq\" - AÇIQLAMA
\"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci Sessiyasında bir neçə məsələlərin müzakirəsi öz əksini tapıb\". SİA-nın xəbərinə görə, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, bunlara Avropa Komissiyasının büdcəsinin müəyyənləşdirilməsi, iş planının müəyyən edilməsi, torpaq islahatı, bununla bərabər 20 il ərzində görülməsi nəzərdə tutulan problemlər, kənd təsərrüfatında gender bərabərliyi, ailənin rolu və bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub.
Onun sözlərinə görə, hər iki tədbirdə iştirak etmək üçün 54 üzv dövlətdən 270 nəfər nazirlərin, nümayəndə heyətlərinin gəlməsi təsdiqlənib: "Hazırda 15-ə yaxın nazir, 10-dan çox nazir müavinin, və digər nümayəndələr gəlib. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkənin artan imici və dinamik inkişafının təzahürüdür. Biz də azərbaycanlı olaraq çalışacağıq ki, tədbir yüksək səviyyədə keçirilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB