Bu gün Dünya Hemofiliya Günüdür. SİA-nın məlumatına görə, dünyanın 100-dən çox ölkəsində əhalini xəstəliklə bağlı məlumatlandırmaq məqsədi ilə bu gün hər il qeyd olunur. İrsi qan xəstəliyi olan hemofiliya Asiya, Afrika qitəsində, Aralıq dənizi hövzəsində daha çox yayılıb. Xəstəliyin əsas səbəbləri kimi mütəxəssislər yaxın qohumların nikahını, radiasiyalı ətraf mühiti, qida və tütün məmulatlarının təsirini göstərirlər. Hemofiliya qanın laxtalanma prosesinin anadangəlmə pozğunluğu olub, təkcə həmin xəstəlikdən əziyyət çəkən şəxslərin yox, həm də cəmiyyətin sosial-iqtisadi problemidir. Xəstəlik nəsildən-nəsilə yalnız xəstənin bacıları və qızları vasitəsilə keçir. Qadın vasitəsilə hemofiliya, nəinki ondan sonrakı nəslə, hətta onun qızları və qız nəvələri vasitəsilə daha sonrakı nəsillərə də ötürülə bilər. Onu da qeyd etmək lazımdır ki, hemofiliya xəstələrində yeni qandan istifadə olunur. Azərbaycanda isə bu xəstəlikdən 1500 insan əziyyət çəkir. Son illər talassemiyalı xəstələrin müalicəsinin səviyyəsi yüksəldiyi üçün ölüm faizi azalıb. Əgər əvvəllər talassemiyalı xəstələr 10-12 yaşa qədər yaşayırdılarsa, indi onların ömrü 26 yaşa qədər uzanmışdır. Müalicə düzgün və davamlı aparılarsa, talassemiyalı xəstələr 50 il və daha çox yaşaya bilərlər. Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə "Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı" haqqında Fərman imzalanmışdır. Bununla əlaqədar əhali arasında vaxtaşırı maariflənmə kampaniyası həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB