“İRƏLİ” İctimai Birliyinin Hesabat-Seçki konfransı keçiriləcək

“İRƏLİ” İctimai Birliyinin Hesabat-Seçki konfransı keçiriləcək

Mayın 5-də "İRƏLİ" İctimai Birliyinin nizamnaməsinə əsasən təşkilatın ikinci Hesabat-Seçki Konfransı keçiriləcək. "İRƏLİ" İctimai Birliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfrans Heydər Əliyev adına Sarayında 1900 nəfər nümayəndə, dövlət rəsmiləri və fəxri qonaqların iştirakı ilə baş tutacaq. Tədbir əsnasında təşkilatın fəaliyyət hesabatı təqdim olunacaq və dəyərləndiriləcək, təşkilatın yeni loqotipi təqdim olunacaq, növbəti müddət üçün təşkilatın sədr və Nəzarət Təftiş Komissiyası üzvləri seçiləcək.

"İRƏLİ" İctimai Birliyinin ikinci konfransının təşkili ilə əlaqədar işçi qrupu yaradılıb və təşkilatın İdarə Heyətinin üzvü Hikmət İsmayılov işçi qrupunun sədri təyin edilib. Eyni zamanda, bu gündən etibarən "İRƏLİ" İctimai Birliyinin bütün strukturlarının təmsilçiləri (İdarə heyəti üzvləri, MTNK, katiblik, mərkəz və layihə rəhbərlərinin) buraxılması haqda qərar qəbul olunub.

Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi gənc peşəkarların fəaliyyəti üzərində qurulan və hal-hazırda Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyə yüksəlmiş təşkilatdır. 2005-ci ildə 6 nəfər gənc tərəfindən gənclər hərəkatı kimi təsis olunan "İRƏLİ"nin qısa vaxt ərzində innovativ və kreativ fəaliyyəti cəmiyyətin diqqətini cəlb edib, təşkilatın sıralarına minlərlə gəncin qoşulmasına səbəb olub. Genişlənməkdə olan "İRƏLİ"-nin daha peşəkar fəaliyyət göstərə bilməsi üçün 9 dekabr 2008-ci ildə hərəkatın buraxılması barədə qərar qəbul edilib. 24 dekabr 2008-ci ildə isə "İRƏLİ" İctimai Birlik kimi yenidən təsis olunub və millət vəkili Ceyhun Osmanlı təşkilatın sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə