"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü, Xocavənd rayon İcra Hakimiyyəti və "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşkilatçılığı ilə Xocavəndə səfər edən, Azərbaycanın fərqli bölgələrini təmsil edən tələbə - gənclərin "Azərbaycan Bayrağı" ordenli əfsanəvi döyüşçü İbad Hüseynovla görüşü keçirilib. SİA-nın məlumatına görə, "Şahinlər düşərgəsi" fəalları, eləcə də Səbayıl rayon gənc fəalları, "Qafqaz" Universiteti tələbələri və yerli gənclərin görüşdə qəhrəman soydaşımızın həyatı, döyüş yolu barədə onun özü və döyüş yoldaşları danışıb.
Görüş İbad Hüseynovun vaxtı ilə minaya düşdüyü və döyüş yoldaşının şəhid olduğu yerdə keçirilən və 200-dən artıq iştirakçının yığışdığı təqdimatda Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, millət vəkili Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin üzvü İsmail Safi də iştirak edib. Onlar İbad Hüseynov kimi qəhrəmanların məhz gənclər tərəfindən tanınması, örnək alınması faktından məmnun olduqlarını vurğulayıblar.
Sonda tədbirdə iştark edən qonaqlar bildirib ki, gənclər xalqımızın yaşadığı faciələr, soyqırımlar haqqında məlumatlı olmaqla yanaşı, İbad Hüseynovu və bu igid kəşfiyyatçının döyüş yoldaşlarını da tanımalı, onlardan nümunə götürməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB