Sara Brayerli müəyyən müddətdən sonra ailəsini tapmağa qərar verib, lakin o, heç doğma şəhərinin adını bilmirdi. Lakin ağlında doğma şəhərinin təsvirləri qalmışdı və "Google Earth"də axtarış zamanı bu təsvirlərdən istifadə edib. O, qatarın 14 saat ərzində getdiyi təxmini məsafəni hesablayıb və həmin əraziyə baxmağa başlayıb. O, bu yolla doğma şəhəri Kxandvunu tapıb. Şəhərin yaxınlığında şəlalə yerləşir, mən uşaq vaxtı orda oynayırdım\" - Sara Brayerli bildirib.
Avstraliyalı Kxandvu şəhərinə yollanıb və orada ailəsinin evini tapıb. Ev qıfıllanmışdı, lakin qonşular onun anasını tapmağa kömək ediblər. Sara çətinliklə də olsa anasını tanıyıb, çünki qadın çoxlu müsibət yaşayıb. Məlum olub ki, Sara itdikdən sonra onun böyük qardaşı ölüb. Avstraliyalının başına gələn hadisə ilə naşir və kinoprodüserlərin maraqlandığı qeyd edilir. Onlar film çəkməyə hazırdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB