Seysmoloji mərkəzdən yeni məlumat

Seysmoloji mərkəzdən yeni məlumat
Zəlzələ baş verən zaman Xəzər dənizindəyaranan titrəyişləri izləmək üçün yeni sistem yaradılacaqdır. Bu məqsədlə Xəzər dənizində 3 seysmoloji mərkəz qurulacaqdır. SİA-nın verdiyi xəbərə görə,seysmoloji mərkəzlərin köməyi ilə dənizdə baş verən hər hansı titrəyiş dərhal onlayn olaraq peyk vasitəsilə Bakıda elmi şəhərcikdə yerləşən baş stansiyaya ötürüləcək.
Qeyd edək ki, respublikanın seysmik cəhətdən fəal nöqtələrində qurulan titrəyiş sensorlarından daxil olan məlumat burada qeydə alınır. Hazırda yeni seysmoloji təchizat respublikanın 30 rayonunda quraşdırılıb. Sözügedən sistem zəlzələnin dəqiq yeri, gücü və vaxtı barədə məlumat verir.

Bütün xəbərlər Facebook səhifəmizdə