Partlayan qaz kəmərinin bərpası istiqamərində son tamamlama işləri gedir

Partlayan qaz kəmərinin bərpası istiqamərində son tamamlama işləri gedir
Bakı-Qazıməmməd-Mozdok magistral qaz kəmərinin Altıağac-Ağsu qaz xəttində baş verən partlayış nəticəsində sıradan çıxan 12 metrlik hissə bərpa olunub, korroziyaya uğrayan 12 metr xətt isə dəyişdirilib. "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, ərazidə son tamamlama işləri gedir.

Hazırda borunun texniki vəziyyəti və istismara yararlılığı yoxlanılır. Altıağac qəsəbəsində qaz verilişi yaxın saatlarda bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə