“İrəli” İB-nin ikinci hesabat-seçki konfransı keçiriləcək

“İrəli” İB-nin ikinci hesabat-seçki konfransı keçiriləcək
Mayın 5-də "İrəli" İctimai Birliyinin nizamnaməsinə əsasən, təşkilatın ikinci hesabat-seçki konfransı keçiriləcək. İctimai Birliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir Heydər Əliyev adına Respublika Sarayında 1900 nəfər nümayəndə, dövlət rəsmiləri və fəxri qonaqların iştirakı ilə baş tutacaq.

Tədbir əsnasında təşkilatın fəaliyyət hesabatı təqdim olunacaq və dəyərləndiriləcək, təşkilatın yeni loqotipi təqdim olunacaq, növbəti müddət üçün təşkilatın sədr və nəzarət təftiş komissiyası üzvləri seçiləcək. "İrəli" İctimai Birliyinin İkinci Konfransının təşkili ilə bağlı işçi qrupu yaradılıb və ona sədr seçilib. Habelə, bügündən etibarən "İrəli"nin bütün strukturlarının təmsilçiləri (İdarə heyəti üzvləri, MTNK, katiblik, mərkəz və layihə rəhbərlərinin) buraxılması haqda qərar qəbul olunub. Xatırladaq ki, hazırda "İrəli" yalnız Azərbaycanın deyil, regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biridir. Sıralarında 24 min nəfərdən artıq gənc və 12 təşkilat birləşir. Təşkilat fəaliyyət göstərdiyi dövr ərzində 750-dən çox layihə həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə