Kür çayı üzərində yeni körpü tikilir

Kür çayı üzərində yeni körpü tikilir
Ələt-Astara magistral yolunun Kür çayı üzərindən keçən hissəsində yeni körpü tikilir. SİA-nın verdiyi xəbərə görə, körpünün 6 dayaq blokundan üçü hazırdır, sağ sahildəki iki dayağın özülü tamamlanıb, digər dayaqda isə svayların betonlanması davam etdirilir.

Tikilinin əhatə etdiyi ərazidə maşın və su keçidlərinin inşası yekunlaşıb. Körpünün 150 metri çayın üzərinə düşür. Həmin hissədə troslar vasitəsilə asma körpü qurulacaqdır. Hazırda asma körpünün parametrlərinə uyğun olaraq metal estakadalar montaj edilir. Bu məqsədlə çayın yatağında 30 metr dərinliyə 720 millimetrlik metal svaylar vurulub. Ümumi uzunluğu 1.500, eni isə 30 metr olan körpünün tikintisinə 40-a yaxın müxtəlif təyinatlı texnika, 250-dən çox yerli işçi qüvvəsi cəlb olunub. İnşasına 2011-ci ilin mayında başlanılan körpü 2013-cü ildə istifadəyə veriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə