Əli Babayev: \"Gürcüstanda gedən demoqrafik prosseslər öz izini qoyur\" - MÜSAHİBƏ (SəsTV)
\"Gürcüstan Mənim Vətənimdir\" İctimai Birliyinin sədri Əli Babayevin SəsTV-yə müsahibəsi
- Bu gün Gürcüstanda vəziyyət necədir?
- Xaricdə yaşayan hər bir azərbaycanlı - tutduğu mövqedən, gördüyü işdən asılı olmayaraq Azərbaycanın diplomatik nümayəndəsidir. Bu gün dünyanın bir çox ölkələrində azərbaycanlılar yaşayır və fəaliyyət göstərir. Gürcüstanda gedən demoqrafik prosseslər öz izini qoyur və biz də həmin bu proseslərdə iştirak edirik. Bu proseslərin gedişində biz də iştirak edirik. Bizim əsas istəyimiz ondan ibarətdir ki, orda yaşayan azərbaycanlılar Gürcüstanı öz vətənləri saysınlar. Biz çalışırıq ki, bizim gələcək nəsilimiz gürcü cəmiyyətinə ingteqrasiya olsun, dillərini öyrənsin və bu ölkəni öz doğma vətənləri kimi qorusunlar. Gürcü ictimaiyyətində gedən proseslərdə aktiv olsunlar.
- Gürcüstan azərbaycanlılarının yaşadıqları ərazidə torpaq satışı faktları qeydə alınırmı?
- Bizim xalq torpağı sevdiyi üçün belə faktla qarşılaşmırıq. Amma bunu da qeyd edim ki, xarici ölkələrdən çoxlu sayda ərzaq məhsullarının ölkə ərazisinə daxil olması yerli ərzaqlara təlabatı o qədər də artırmır. Bütün bunlara baxmayaraq biz çox zəhmətkeş xalqın insanlarıyıq. Lakin qeyd edim ki, təhsillə bağlı ciddi problemlər var. Milli təhsil sisteminin qorunması, inkişafı, onun modernləşdirilməsi, yeni şəraitə uyğunlaşdırılması ən ciddi məsələlərdən biridir. İkinci ciddi məsələ, Borçalı zonasında elm ocaqlarının inkişafıdır. Nəzərə almalıyıq ki, Gürcüstan və Azərbaycan Avropaya nə qədər inteqrasiya etsə də, fərqliliklər var, xüsusi ilə təhsil sistemində xeyli fərqlər mövcuddur. Artıq, Azərbaycan təhsil sistemi Gürcüstanda pedaqoji kadrların hazırlanması üçün əhəmiyyətini itirməkdədir. Düşünürük ki, Borçalıda ali təhsil ocaqlarının yaradılması, bu regionun inkişafının əsasını təşkil edə bilər.
- Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasının qarşısını almaq üçün sizin ictimai birlik hansı işləri görür?
- Mən qeyd edim ki, Gürcüstanın hər bir regionunda bizim nümayəndə heyətimiz var. Gürcüstanda yaşayan vətəndaşalarımızın hər bir problemlərinə hüquqi normada məsləhət verilir. Bizim beynəlxalq təşkilatlarla da əlaqələrimiz mövcuddur.
- 2012-ci ilin sonlarında Gürcüstanda parlament seçkiləri keçiriləcək, eyni zamanda 2013-cü ilin əvvələrində prezident seçkiləri keçiriləcək və orda yaşayan azərbaycanlılar üçün bu seçkini əhəmiyyəti nədir?
- Əlbəttə ki, bu seçkidə bir sıra yeniliklər olacaq. Lakin buna baxmayaraq bu gün Gürcüstan parlamentində təmsil olunan azərbaycanlılar var. Onlar Gürcüstanda yaşayan azərbaycanlıların mövcud problemləri ilə bağlı bir sıra işlər görsələr də bunlar gözə görünmür, yəni bu gün də azərbaycanlılar müxtəlif sahələr üzrə problemlərə qarşılaşırlar. Amma biz inanırıq ki, yaxın gələcəkdə keçiriləcək seçkilər ölkə vətəndaşları ilə yanşı, Gürcüstanda yaşayan azərbaycanlılar üçün də bir sıra əhəmiyyətli yeniliklər gətirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB