Nazirlik ictimaiyyətə yeni elektron xidmət təklif edəcək

Nazirlik ictimaiyyətə yeni elektron xidmət təklif edəcək
Gənclər və İdman Nazirliyi (GİN) yaxın günlərdə ictimaiyyətə 4 elektron xidmət təklif edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda onların üzərində müəyyən işlər aparılır.

Yeni elektron xidmətlərə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq və respublika səviyyəli tədbirlərdə, idman təsnifatına uyğun olaraq idman sahəsində fəxri adların alınmasında, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsində, gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün müraciət və sənədlərin qəbulu daxildir.

Məlumat üçün bildiririk ki, siyahıda sadalanan elektron xidmətlər interaktiv xarakter daşıyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə