Avropa Şurası uşaq hüquqları ilə bağlı proqram həyata keçirəcək

Avropa Şurası uşaq hüquqları ilə bağlı proqram həyata keçirəcək

Avropa Şurası uşaq zorakılığını cəmiyyət üçün çox böyük problem hesab edib. SİA-nın xəbərinə görə, Avropa Şurası baş katibinin Azərbayacndakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos jurnalistlərə açıqlamasında deyib ki, Avropa Şurası da bu sahədə ilk addımlarını atacaq.

"Mən çox şadam ki, siz belə bir layihə həyata keçirirsiniz. Bu vaxta kimi müəyyən məsələ ilə bağlı xüsusi bir proqramımız yoxdur. Amma inanırıq ki, bundan sonra belə bir proqram olacaq və icra olunacaq. Biz də çalışacağıq ki, proqrama qatılaq və bütün bu ictimaiyyəti bu barədə xəbərdar edək. Çünki bu ictimaiyyət üçün çox böyük problemdir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə