Bu gündən etibarən Azərbaycan, Tacikistan və Özbəkistandan Rusiyaya gələn sərnişinlərin əl yüklərində və baqajlarında bitki məhsullarının gətirilməsinə qadağa qoyulub. Bununla bağlı qərar verən Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidməti qadağanı RF üçün karantin olan obyektlərin-müxtəlif zərərvericilərin üzə çıxardılması hallarının tezləşməsi ilə əlaqələndirib.
Məlumata görə, 2011-ci ildən bu ilin mart ayına kimi Rusiya üçün karantin olan obyektlərin Azərbaycandan 9, Özbəkistandan 130, Tacikistandan isə 228 gətirilməsi halı aşkar edilib. Zərərvericilər həm məhsul partiyalarında, həm də sərnişinlərin əl yüklərində aşkar edilib. Ancaq əl yükündə məhsul fitosanitar sertifikatlarla müşayiət olunmur, müvafiq olaraq bu halda zərərvericilərin idxalı riskləri də yüksək olur.
Tacikistandan, Azərbaycandan və Özbəkistandan Rusiyaya əsasən çəyirdəkli bitkilər, alma və başqa meyvələr, eləcə də quru meyvələr, qoz, eləcə də tərəvəz gətirilir.n karantin olan obyektlərin-m
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB