Millət vəkili: \"Klassik ailə heç vaxt ata, ana və uşaqdan ibarət olmur\"

Millət vəkili: \"Klassik ailə heç vaxt ata, ana və uşaqdan ibarət olmur\"

Təəssüf ki, son 20 ildə Azərbaycanda demokratik ideyaların bəzi hallarda aşırı vəziyyətə gətirilməsi bir çox ailələrin köhnə sistemlərinin pozulması ilə nəticələnir. SİA-nın xəbərinə görə, bunu Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova deyib. O bildirib ki, bu ailələrdə demokratiya adı altında ailədaxili münasibətlərdə olan hörmət aradan qalxır.

Bu gün Azərbaycanda 4 cür ailə tipinin olduğunu deyən G.Əhmədova vurğulayıb ki, bunlara avtoritar, avtoritet, laqeyd və sahibsiz qalmış ailələr daxildir. Onun fikrincə, elmdə ən çox şiddət axırıncı iki tip ailələrdə olur.

"Heç bir halda mümkün deyil ki, alt sistemdə hansısa problem olduğu halda, ümumi sistemdə problem olmasın. Bu gün bütün dünya alimləri bizim klassik olaraq yaşadığımız ailə sistemi haqqında danışırlar, dünyaya bunu yeni kəşf kimi təqdim etmək istəyirlər. Əslində biz hamımız çox sağlam və klassik normal ailələrdə tərbiyə almış insanlarıq. Ən vacib şərt budur ki, bunu övladlarımızı daşıya bilək", - deyə o əlavə edib.

G.Əhmədovanın sözlərinə görə, ailələrdə şiddətin əmələ gəlməsinin əsas səbəbi ailələrin başında duran insanların bir-birinə qarşı olan münasibətində dəyişiklərin və çatların əmələ gəlməsidir: "Burada ən böyük məsuliyyət ata və anaların deyil, nənə və babaların üzərinə düşür. Klassik ailə heç vaxt ana, ata və uşaqdan ibarət olmur. Klassik ailə nənə, baba, ana, ata və uşaqdan ibarət olur. Bu sistemi dağıtmaq olmaz. Əgər buna Avropa qayıdırsa, bunun üzərində düşünməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə