Modul metodologiyası üzrə beynəlxalq ekspert tərəfindən təlim keçirilib

Modul metodologiyası üzrə beynəlxalq ekspert tərəfindən təlim keçirilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi modul metodologiyası üzrə beynəlxalq ekspert Klod Vassamillet tərəfindən 10-14 aprel tarixlərində təlim keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlim Nazirliyi və Dünya Bankının Sosial Müdafiənin İnkişafı Layihəsinin "Modul tipli təlim proqramları" tapşırığı çərçivəsində baş tutub.

Hazırkı təlim tapşırıq çərçivəsində sonuncu, yəni 4-cü mərhələ olduğu üçün 5 gün ərzində əvvəlcə qısaca olaraq əvvəlki üç mərhələni nəzərdən keçirərək təlimçilər tərəfindən modulların hazırlanmasının təhlili, modul kurrikulumun hazırlanması konsepsiyasının və qiymətləndirmə meyar və göstəriciləri təkrar edilib. Daha sonra isə iştirakçılar proqramın məqsəd və metodologiyası barədə məlumat aldıqdan sonra fərdi və kollektiv şəkildə praktik çalışmalar həyata keçirməklə çıxış profillərini işləyib hazırlayıblar, güclü və zəif cəhətlərini müəyyən etmək üçün qiymətləndirmə meyarından istifadə ediblər. Təlimçilər tərəfindən fərdi və qrup şəklində hazırlanan mini-dərslər video lentə alındıqdan sonra yenidən nəzərdən keçirməklə praktik müşahidələrin hazırlanması və təlimçinin davranışının təhlili üçün simulyasiya çalışmaları və qiymətləndirmə meyarının təhlilini həyata keçiriblər.

Təlimdə modul tipli təlim proqramlarının hazırlanmasına cəlb edilən yerli mütəxəssislər və layihənin icra qrupunun 12 nəfər əməkdaşı iştirak edib. Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə