“Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyi yeni layihəyə start verir
"Gənclərin Elmi İnkişafına Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay müddətinə (01 may - 31 iyul 2012-ci il) "Qadın, uşaq və gənclərin inkişafına, ailə institutunun möhkəmlənməsinə ictimai dəstək" mövzusu çərçivəsində "Ağcabədi rayonunda vətəndaş cəmiyyətinin inkişafı naminə gənclər institutlarının bilik və bacarıqlarının artırılması" başlığı altında layihənin icrasına başlayıb. Qurumdan SİA-ya verilən məlumata əsasən, layihədə coğrafi region kimi Ağcabədi rayonun ərazisi götürülüb. Layihənin əsas məqsədi vətəndaş cəmiyyətinin ayrılmaz hissəsi olan gənclər təşkilatları və təşəbbüs qruplarının bilik və bacarıqlarının peşəkar təlimlər vasitəsi ilə ümumi menecment, layihə yazılması və təşkilatı quruculuq üzrə gücləndirməkdir..
"Gənclərin Elmi İnkişafına Dəstək" İctimai Birliyi Ağcabədi rayonunda gənclər təşkilatları və təşəbbüs qrupları haqqında ətraflı məlumat toplamaq məqsədi ilə tədqiqat layihədə görüləcək ən başlıca işlərdəndir. Tədqiqatın məqsədi Ağcabədi rayonunda fəaliyyət göstərən gənclərin vətəndaş cəmiyyəti institutları və onların bilik və bacarıq əldə etməyə olan ehtiyacları, problemləri haqqında ətraflı məlumat toplamaqdır. Tədqiqat zamanı sorğu formaları hazırlanacaq və bu sorğu formaları əsasında təşkilatların idarəçilikdə ən çox lazım olduğu ehtiyacı biliklər və bacarıqlar müəyyən ediləcək. Tədqiqat və sorğu "Gənclərin Elmi İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən onun Ağcabədida yaxın tərəfdaşı olan "Aqro İnformasiya Mərkəzi" QHT təşkilatının yaxın əməkdaşlığı ilə aparılacaq. Bu da yerli təşkilata imkan verəcək ki, layihə idarəçiliyində sahəsində müəyyən praktiki təcrübəsini artırsın. Eyni zamanda, sorğunun nəticəsi olaraq Ağcabədidə gənclər təşkilatları və təşəbbüs qrupları haqqında ətraflı məlumatı özündə əks etdirən QHT Məlumatlar Toplusu (QMT) hazırlanacaq.
Təlim modulları hazırlanıb başa çatdıqdan sonra layihə çərçivəsində 5 günlük təlim təşkil olunacaq. Təlimlər əsasən ümumi idarəçilik, layihə yazılması və idarə olunması, təşkilatı quruculuq və vəsaitlərin artırılması üzrə aparılacaq. Qeyd edək ki, təlimlər ToT metodu əsasında aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB