DİN məktəblərdə narkomaniyanın aşkarlanması faktını təkzib etdi

DİN məktəblərdə narkomaniyanın aşkarlanması faktını təkzib etdi

Daxili İşlər Nazirliyi orta məktəblərdə narkomaniyanın aşkarlanması faktını təkzib edib. SİA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Hüseyn Əliyev deyib ki, paytaxt məktəbliləri arasında narkotikdən istifadəetmə halları aşkarlanmayıb. Məktəblərdə bununla bağlı maarifləndirmə tədbirlərini gücləndirməyin lazım olduğunu deyən H.Əliyev qeyd edib ki, onun qarşısını almaq üçün ən əsas profilaktika və maarifləndirici işlər aparılmalıdır. Bununla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları ilə birlikdə paytaxtın əksər məktəblərində təlim-tərbiyə işini gücləndirildiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, uşaqların pis vərdişlərdən uzaqlaşdırılması, eyni zamanda narkomaniyanın uşaqlara təsirinin qarşısının alınması üçün tədbirlər keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə