Yol qəzaları 7 nəfərin ölmünə səbəb oldu

Yol qəzaları 7 nəfərin ölmünə səbəb oldu

Həftə sonu Azərbaycanda 28 yol qəzası baş verib. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən xəbərə görə, istirahət günlərində baş verən hadisələr nəticəsində 7 nəfər ölüb, 38 nəfər xəsarət alıb. Ağır qəzalar Bakının Səbail, Xəzər rayonlarında, Kürdəmir, Şamaxı, Gəncədə qeydə alınıb.

Belə ki, aprelin 14-də Şamaxıda \"VAZ 21021\" markalı minik avtomobili aşıb. Qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Kürdəmirdə \"Mercedes-230\" markalı minik avtomobilini yüksək sürətlə idarə edən sürücü idarəetməni itirib və dayanıb, Türkiyə şirkətinə məxsus \"TIR\" markalı yük maşını ilə toqquşub. Qəzada minik avtomobilinin sürücüsü hadisə yerində keçinib. Onun cəsədi avtomobildən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılıb.

Aprelin 15-də Bakı-Salyan yolunun 10-cu kilometrliyində \"Mercedes\" aşıb, nəticədə 1 nəfər ölüb.

Baş verən hadisələrlə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə