Bakıda “Eurovision-2012”-yə dəstək məqsədi ilə motoyürüş keçirilib - FOTO

Bakıda “Eurovision-2012”-yə dəstək məqsədi ilə motoyürüş keçirilib - FOTO

"Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubu və "MotoBaku" Klubu aprelin 15-də birgə motoyürüş keçirib.

Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinə dəstək məqsədi ilə "Öz məşəlini alovlandır!" şüarı altında təşkil edilən motoyürüşə İçərişəhərdə Qoşa Qala qapısı meydanında start verilib. Yürüş iştirakçıları "Eurovision-2012" mahnı müsabiqəsinin loqosu həkk olunmuş bayraqların sancıldığı motosikletlərlə Əziz Əliyev, Neftçilər, Yusif Səfərov və Heydər Əliyev prospektləri ilə hava limanı istiqamətində hərəkət ediblər.

Fan Klubun üzvü Səməd Salamzadə yürüşün ölkəmizdə keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinə dəstək məqsədilə təşkil olunduğunu və belə layihələrin davam etdiriləcəyini diqqətə çatdırıb. Bildirilib ki, Fan Klub bir neçə gün əvvəl "Park Bulvar" Ticarət və Əyləncə Mərkəzində müsabiqəyə dəstək kampaniyası çərçivəsində "Muğam" flashmobu da keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə