Müdafiə Sənayesi Nazirliyində elektron sənəd dövriyyəsi sistemi yaradılır
Müdafiə Sənayesi Nazirliyi (MSN) ixrac nəzarətinə düşən mallar üzrə xüsusi icazənin verilməsini e-xidmətlərə daxil edib. Artıq həmin xidmət istifadədədir və maraqlı şəxslər bundan yararlana bilərlər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, hazırda MSN-in daxilində elektron sənəd dövriyyəsi sisteminin yaradılması istiqamətində işlər gedir. Bununla bağlı lazımi təkliflər verilib.
Qeyd edək ki, MSN-də onlayn müraciət forması var. İstənilən şəxs sorğu, təklif, şikayət və ərizələrini elektron qaydada göndərə bilər. Bütün bunlar interaktiv şəkildə qəbul olunur və müvafiq qaydada cavablandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB