Yay mövsümünün yaxınlaşması ilə əlaqədar Azərbaycanda bütün turizm obyektləri, o cümlədən hotel, mehmanxana və istirahət mərkəzləri yoxlanılacaq. SİA-nın verdiyi xəbərə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanda turizm mövsümü adətən iyunun 15-də açılır. Ona görə də yoxlamalar mayın sonunda - iyunun əvvəlində aparılacaq. Nazir xidmət səviyyəsinin aşağı olduğu və lisenziyasız işləyən turizm obyektlərinin fəaliyyətinin dayandırılacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB