Şeyxülislam Allahşükür Paşazadə İstanbulda mədəniyyətlərarası dialoq mövzusunda çıxış edib

Şeyxülislam Allahşükür Paşazadə İstanbulda mədəniyyətlərarası dialoq mövzusunda çıxış edib

İstanbulda Lütfi Kırdar adına Konqres Mərkəzində Mərmərə Qrupu Vəqfi tərəfindən XV Avrasiya iqtisadi zirvə görüşü keçirib. Zirvə görüşündə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mədəniyyətlərarası dialoq mövzusunda çıxış edib. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, A.Paşazadə çıxışında deyib ki, bu tədbir, daha öncə keçirilmiş zirvələr kimi, dünyada sülhün və əmin-amanlığın, mədəniyyətlər və sivilizasiyalar arasında əlaqələrin möhkəmlənməsinə layiqli töhfəsini verəcək: "Bu görüşümüzü dini-mədəni münasibətlərin inkişafına verilən qiymət kimi dəyərləndirirəm və əminəm ki, bu toplantı göstərilən məqsədlərə xidmət edərək, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafında yeni mərhələ olacaq".

QMİ sədri həmçinin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, bu problemin 20 ildən çoxdur həllini tapmaması, erməni ekstremistləri işğal edilmiş ərazilərimizdə minlərlə tarixi, mədəniyyət və dini abidələri, muzeyləri, kitabxanaları, məscidləri və qəbiristanlıqları dağıtması, xalqımız etnik təmizlənmə siyasətinə məruz qalmasında görüş iştirakçlkarının diqqətinə çatdırıb.

A.Paşazadə çıxışın sonunda dünya ictimaiyyətini millətlər, dini konfessiyalar, mədəniyyətlər və sivilizasiyalar arasında münasibətlərin möhkəmləndirilməsinə və sülhə çağırılmasını, Allahdan görüşün uğurlu keçməsini diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə