Bakıda əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yoxlanılmasına başlanılıb
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) vətəndaşlara göstərilən xidmət mədəniyyətinin daha da yüksəldilməsi məqsədilə telefon qovşaqlarında yenidən monitorinqlərə başlayıb.
Nazirlikdən SİA-ya verilən məlumata görə, monitorinqlərin məqsədi əməkdaşların iş davranışlarını müşahidə etmək və vətəndaşlarla canlı söhbətlər təşkil etməkdir.
Bundan başqa, telefonla mənzillərə zənglər olunaraq onlara göstərilən xidmətlərlə bağlı söhbətlər aparılaraq nəticələr təhlil olunacaq. Monitorinqlərin davamlı olaraq aparılması nəticəsində qarşıya çıxan nöqsan və çatışmazlıqlar aradan qaldırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB