ATƏT Bakıda geniş miqyaslı işlər həyata keçirəcək

ATƏT Bakıda geniş miqyaslı işlər həyata keçirəcək

ATƏT Azərbaycanla əməkdaşlığın 20 illiyi çərçivəsində bir sıra layihələr həyata keçirəcək. SİA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay bildirib ki, aprelin 17-də Mingəçevirdə hüquq məsləhət bürosu və digər mərkəzlər açılacaq. Onun sözlərinə görə, Mingəçevirə edilən səfərin 2-ci günündə işadamları ilə toplantı keçiriləcək, icra hakimiyyətinin başçısı ilə görüş olacaq: "BMT Modelinə bənzər Xəzər Univeristetində ATƏT Modeli təşkil olunacaq. Gələn həftə Sumqayıtda da hüquq yardım bürosu açılacaq. Azərbaycan Diplomaik Akademiyasında geniş işlər görüləcək. Ombudsmanla əməkdaşlıq çərçivəsində Milli Preventiv Mexanizm toplantısı təşkil olunacaq ki, buraya da beynəlxalq mütəxəssislər dəvət olunub. İki gün davam edəcək tədbir çərçivəsində bir çox məsələlərə aydınlıq gətiriləcək. Televiziyaların birində təşkil olunacaq tok-şouda isə Azərbaycan mediasının iqtisadi məsələri müzakirə ediləcək, həll yolları axtarılacaq. Bundan başqa günlük fəaliyyətlər də davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə