Şübhəli iki nəfər saxlanılıb

Şübhəli iki nəfər saxlanılıb

Dələduzluqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb. Bakı şəhər BPİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 14-də Neapol küçəsində naməlum şəxslər Bakı şəhər sakini Əli Zeynalabdinova bıçaqla hədə-qorxu gələrək 50 manat pul və 2 ədəd mobil telefonunu götürüblər. Xətai RPİ 34-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən-Beyləqan rayon sakini Məhəmməd Muradov, Cəlilabad rayon sakini Aqşin Qəniyev və Oğuz rayon sakini Asiman Muradzadə aprelin 13-də polis əməkdaşları tərəfindən yaxalanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə