Lənkəranda dövlət gənclər siyasəti mövzusunda diskussiya keçirilib - FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin cənub zonası üzrə müşavirəsinin 2-ci günündə gənclər Lənkəran şəhər Heydər Əliyev İdarəçilik Mərkəzində Dövlət Gənclər Siyasətinin əsas aspektləri və gənclərin fəaliyyət istiqamətləri mövzusunda diskussiya təşkil ediblər. SİA-nın xəbərinə görə, tədbiri açıq elan edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, ölkəmizdə 1993-ci ildən etibarən gənclər bağlı siyasət daim yenilənir və inkişaf edir. Onun sözlərinə görə, gənclərin beynəlxalq forumlarda iştirakı, gənc istedadlara təqaüdlərin verilməsi, mədəniyyətlə, idmanla bağlı qalib gənclərin universitetlərə sənədlərinin birbaşa qəbulu dövlətin bir daha gənclərə göstrədiyi diqqət və qayğıdan xəbər verir. Sədr Macarıstanın Budapeşt şəhərində tələbələrlə təşkil edilən görüşün önəmindən də danışıb.
\"İşindən asılı olmayaraq hər bir gənc zərbaycan dövlətinin milli-mənəvi dəyərlərini heç bir zaman unutmamalıdır. Məhz YAP Gənclər Birliyinin əsas məqsədi də dövlətçilik prinsiplərinə sadiq qalaraq onu inkişaf etdirməkdir\",- deyə Seymur Orucov əlavə edib.
Daha sonra YAP Lənkəran şəhər Təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev çıxış edərək prezident İlham Əliyevin 2011-2015-ci il gənclərlə bağlı imzaladığı dövlət proqramı haqqında ətraflı məlumat verib və bildirib ki, Azərbaycan gəncliyi cəmiyyətin sosial-iqtisadi həyatında aparıcı qüvvəyə çevrilib: "Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir".
Sonda
YAP Gənclər Birliyinin koordinatoru Vüsalə Niftəliyeva YAP Gənclər Birliyinin
region gəncləri ilə görüşünün artıq adət halını aldığını tədbir
iştirakçılarının diqqətinə çatdırıb: "Bu gün Azərbaycan dövlətinin bir daha qüdrətlənməsi
üçün gənclərin potensialına, onların intellektual səviyyəsinə ehtiyac duyulur.
Azərbaycan gəncliyinin sovet dönəminin təsirindən yaxa qurtarıb müstəqil gənclik olaraq öz sözünü demək bacarığına malik olması dövlətimizin gənclər üçün
yaratdığı şəraitdən xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB