Lənkəran gəncləri də Prezident İlham Əliyevin ölkənin tərəqqisi naminə həyata keçirdiyi siyasəti dəstəkləyir
\"Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər Təşkilatının Gənclər Birliyinin bu günkü gənclər hərəkatında xüsusi mövqeyi və rolu var. YAP Lənkəran şəhər Təşkilatını əhatə edən 152 ərazi ilk partiya təşkilatının hər birində gənclər təşkilatları fəaliyyət göstərir\". Bunu YAP Lənkəran şəhər Təşkilatının Gənclər Birliyinin sədri Yalçın Əliyev deyib.
Onun sözlərinə görə, ərazi ilk təşkilatları üzrə gənclər təşkilatlarının xətti ilə yeniyetmə və gənclərin problemləri, qayğıları, asudə vaxtlarının təşkili öyrənilir, onlarda vətənpərvərlik hisslərinin artırılması, gənclərin maariflənmələri istiqamətində görüşlər keçirilir: \"Ölkə Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasətin mahiyyəti, YAP-ın ölkənin siyasi həyatındakı yeri, fəaliyyətinin prioritet istiqamətləri barədə mütəmadi olaraq müzakirə aparılır. Təşkilatımız 3495 nəfər gənci öz ətrafında birləşdirir. Bunlardan 1121 nəfəri ali, 622 nəfəri natamam ali, 1147 nəfəri orta və orta ixtisas təhsilli gənclərdir. Bu gün ali və orta ixtisas məktəblərində təhsil alan tələbələrin əksəriyyəti Heydər Əliyev ideyalarına sadiqliklərini və bu siyasi kursun davamçıları olduqlarını nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının sıralarına daxil olurlar\".
Yalçın Əliyev sonda Lənkəran gənclərinin də Prezident İlham Əliyevin ölkənin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə həyata keçirdiyi siyasəti dəstəklədiyini və gənclərimizi beyni zəhərlənmiş insanlar tərəfindən verilən boş vədlərə inanmamağa çağırdığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB