“Azəriqaz” İB Altıağac-Ağsu magistral qaz kəmərində baş verən qəza ilə bağlı məlumat yayıb
"Azəriqaz" İstehsalat Birliyi Altıağac-Ağsu magistral qaz kəmərində baş vermiş qəza ilə bağlı məlumat yayıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, dünən gecə saat 22:50-də 1200 mm-lik "Altıağac-Ağsu" magistral qaz kəmərində sızma və nəticədə yanğın baş verib. Görülən tədbirlər nəticəsində kəmərlə qaz nəqli dayandırılaraq yanğın söndürülüb. Hadisə nəticəsində Xızı rayonunun Altıağac qəsəbəsinə mavi yanacağın verilişi dayandırılıb. Hal-hazırda alternativ magistral kəmərlə qaz nəql olunur. Qəza-bərpa işləri başa çatana qədər Altıağac qəsəbəsi qazsız qalacaq. Respublikanın digər yaşayış məntəqələrinin qazla təchizatında heç bir problem yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB