Koray Tarqay: “Azərbaycan ATƏT-in fəaliyyətinə vacib töhfələr verir”
ATƏT ilə Azərbaycan arasındakı əlaqələrinin 20 il tarixini müqayisə etdikdə bu illər ərzində hazırkı əlaqələrin inkişafında böyük dəyişikliklərin olduğunun şahidi olarıq. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay deyib. O bildirib ki, bu irəliləyişlərin əsası isə Azərbaycanla bağlıdır.
"ATƏT-lə Azərbaycan arasındakı əlaqələrin başladığı 1992-ci ildən bu günə kimi Azərbaycanda böyük inkişaf gedib. Buna paralel olaraq ATƏT-lə Azərbaycan arasında ikitərəfli əlaqələrdə mühüm irəliləyiş əldə olunub. Azərbaycan ATƏT-in fəaliyyətinə vacib töhfə verir. Hazırda isə 2013-ci il üçün həyata keçiriləcək birgə layihələrin hazırlanması istiqamətində müvafiq iş aparılır və gələn həftə Vyanaya göndərilməsi nəzərdə tutulub. Hər il təqribən 80-90 layihə həyata keçirilir. Bütün bu layihələrin həyata keçirilməsində, nəticələrinin qiymətləndirilməsində Azərbaycanla birgə əməkdaşlıq edilir", - deyə səfir əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB