17 aprel bütün dünyada Ümumdünya Hemofiliya günü kimi qeyd olunur. Hemofiliya-qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Bu xəstəlikdən əziyyət çəkən şəxslərin daim qana ehtiyacı olur.
"İRƏLİ"-dən SİA-ya verilən məlumata görə, hemofiliya günü ilə bağlı dünyanın bir çox ölkəsində müxtəlif proqramlar və aksiyalar həyata keçirilir. Bu günün qeyd olunmasının əsas məqsədi hemofiliya xəstəliyindən əziyyət çəkən insanlara dəstək olmaq, cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.
"İRƏLİ" "Sağlam Həyat" layihəsi çərçivəsində Ümumdünya Hemofiliya günü "yaşamağım üçün qan verərsən?" adı altında könüllü qanvermə aksiyası həyata keçirəcək. Qanvermə aksiyası 16 Aprel 2012-ci il tarixində saat 14:00-dan 16:00-dək "İRƏLİ" Gənclik Mərkəzində (İçərişəhər, Sabir küçəsi 3) keçiriləcək.
Qeyd edək ki, Qan Donorları Assosiasiyası ilə birgə keçirilən aksiya qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədi daşıyır. Toplanan qanlar uşaqların müalicəsində təmənnasız istifadə olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB