YAP gəncləri Lənkəranda öz bilik və bacarıqlarını sınağa çəkib

YAP gəncləri Lənkəranda öz bilik və bacarıqlarını sınağa çəkib
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Cənub regionu üzrə zona müşavirəsi çərçivəsində gənclər bu dəfə öz intellektual biliklərini viktorinalar təşkil etməklə sınağa çəkiblər. SİA-nın xəbərinə görə, cənub bölgəsi üzrə 7 zonanın gənclərinin iştirak etdiyi yarışmada qalib gəlmək uğrunda sözün əsl mənasında mübarizə aparılıb. Ümumilikdə 65 gəncin qatıldığı viktorinada cavabların doğru olub-olmadığına münsiflər qismində YAP Gənclər Birliyinin sədri Seymur Orucov, adı çəkilən birliyin sədr müavinləri Samirə Quliyeva, Aytac Əliyeva aydınlıq gətiriblər. Günün sonunda isə diskoteka təşkil olunacaq.

Qeyd edək ki, YAP Gənclər Birliyinin Cənub regionu üzrə zona müşavirəsi aprelin 13-dən 15-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə