Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aryen Piter Uyterlindeni qəbul edib. SİA-nın DMX-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, xidmət rəisi qonağı səmimi salamlayaraq Dövlət Miqrasiya Xidmətinin sıx əməkdaşlıq etdiyi Avropa ölkələrindən birinin məhz Niderland Krallığı olduğunu xatırladıb, iki dost ölkənin müvafiq qurumları arasında miqrasiya sahəsində əlaqələrin inkişafından, həyata keçirilmiş layihə və proqramların müsbət nəticələrindən məmnun qaldığını ifadə edib.
F.Nəbiyev Dövlət Miqrasiya Xidməti əməkdaşlarının təcrübəsinin artırılması məqsədilə 10-12 aprel 2012-ci il tarixlərdə Niderland Krallığından olan ekspertlərin iştirakı ilə keçirilmiş "Sənədlərin yox-lanılması"na dair 3 günlük təlim kursunun təşkilini yüksək qiymətləndirdiyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Aryen Uyterlinde Xidmət rəisini yeni təyinatı ilə əlaqədar təbrik edib, gələcəkdə ikitərəfli əlaqələrin, o cümlədən, qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində birgə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB